Al Paçinonun sevgilisindən DNT testi tələbi - YENİ İDDİA

Bölmə: Sosial › ,
Tarix: 16:44 02.06.2023

83 yaşlı Al Paçino bu həftə 29 yaşlı sevgilisi Noor Alfallahın 8 aylıq hamilə olduğunu və uşaq gözlədiyini elan edərək hərkəsi şoka salıb. 

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, onların münasibəti və Alfallahın hamiləliyi ilə bağlı yeni iddialar irəli sürülüb.

İddialara görə, Paçinonun 83 yaşında ata ola bilməyəcəyi fikri irəli sürülüb. Alfallah isə hamilə olduğunu cəmi iki ay əvvəl öyrənib və prenatal DNT testi tələb etdiyi bildirilib. Başqa iddialara görə isə ustad aktyorun Nur Əlfallahla münasibətlərinin artıq bitdiyinə inandığına dair yeni xəbərlər ortaya atılıb.

 

Qeyd edək ki, cütlüyə yaxın mənbələr Alfallahın "sərvət ovçusu" olması ilə bağlı fikirləri inkar edib və onun illərdir uşaq istədiyini bildirib.

 

Nigar Əliyeva