NASA adınızı Yupiterə göndərir

Tarix: 18:58 05.06.2023
NASA 2030-cu ildə Yupiterin peykinə getməyi hədəfləyən Europa Clipper missiyasında bir çox adları kosmosa göndərəcək.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, bütün müraciət edənlər mikroçipdə çap olunacaq və 2024-cü ilin oktyabrında səyahətə çıxacaqlar. NASA-nın Vaşinqtondakı Elm Missiyası Direktorluğunun direktor müavini Nikola Foks "Biz insanlara Europa Clipper-in səyahətinin bir hissəsi olmaq fürsətini təklif edirik və buna görə çox həyəcanlıyıq, - deyə bildirib.
Qeyd edək ki, hidrogen və helium qazlarından ibarət olan Yupiter günəşdən uzaqlığına görə beşinci ən böyük planetdir. Alimlər bu planeti yaxından öyrənməyə davam edirlər.
Sayad