Pikassonu tərk edən yeganə qadın vəfat etdi
Bölmə: Hadisə › ,Tarix: 22:46 07.06.2023
Məşhur rəssam Pablo Pikassonu tərk edən yeganə qadın kimi tanınan rəssam Fransuaza Gilot 101 yaşında vəfat edib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, 61 yaşlı Pikasso ilə 1943-cü ildə hələ 21 yaşında olarkən tanış olan Gilot əfsanəvi rəssamı Malaqadan öz istəyi ilə ayrılıb.
Məsələ ilə bağlı açıqlamanı onun qızı Aureliya Engel edib. Gilotun "ağciyər və ürək problemləri" olduğu bildirilib.