AZAL I yarımildə 1,8 milyondan çox sərnişin daşıyıb

Bölmə: Sosial › ,
Tarix: 15:35 10.07.2025

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2025-ci ilin ilk yarısı üzrə əməliyyat və inkişaf göstəricilərini açıqlayıb.


"İnformator.az" "Teleqraf"a istinadən bildirir ki, AZAL-dan verilən məlumata görə, yanvar-iyun aylarında aviaşirkət tərəfindən ümumilikdə 7 978 reys yerinə yetirilib, 1 857 340 sərnişin daşınıb. Bu müddət ərzində AZAL-ın yüklənmə faktoru 79% təşkil edib.

 

Hazırda AZAL-ın marşrut şəbəkəsi 28 ölkədə 52 istiqaməti əhatə edir. Dövr ərzində ən intensiv iş günü iyunun 25-də qeydə alınıb.

 

2025-ci ildə AZAL beynəlxalq arenada da bir sıra mühüm uğurlara imza atıb. SKYTRAX tərəfindən keçirilən qiymətləndirməyə əsasən, aviaşirkət Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət seçilib. Həmçinin, AZAL may ayında Bakıda keçirilən IATA Aviasiya Enerji Forumunda ölkəmizi təmsil edib.


Aviaşirkət beynəlxalq əməkdaşlıqlarını da genişləndirməkdə davam edir. Bu çərçivədə “Uzbekistan Airways” ilə kod-şerinq tərəfdaşlığı qurulub. Bu əməkdaşlıq sərnişinlərə daha geniş bağlantı imkanları təqdim etməklə bölgə aviasiyasında inteqrasiyanı gücləndirir.