ABŞ, Cənubi Koreya və Yaponiya birgə hərbi təlimlərə hazırlaşır

Bölmə: Dünya › ,
Tarix: 15:35 10.07.2025

ABŞ, Cənubi Koreya və Yaponiya sentyabr ayında “Freedom Edge” adlı birgə hərbi təlimlər keçirməyi planlaşdırır.

 

Yonhap agentliyinin məlumatına görə, “Freedom Edge” təlimlərinin birinci və ikinci mərhələləri 2024-cü ilin iyun və noyabr aylarında Şərqi Çin dənizində keçirilib. Həmin vaxt tərəflər sualtı qayıqlara və raket hücumlarına qarşı müdafiə, birgə hava hücumundan müdafiə və aviasiya əməliyyatları, axtarış-xilasetmə əməliyyatları, gəmilərin qarşısının alınması və kibertəhlükələrə qarşı mübarizə üzrə təlimlər keçirib.

 

Mənbələrin bildirdiyinə görə, üç ölkənin hərbi rəhbərləri cümə günü Seulda Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahında keçiriləcək görüşdə sentyabr təlimlərini müzakirə edəcəklər.


Caliber
Billurə Quliyeva