"1Səhnə"yə gedin, tamaşanın məkəzində olun!

Bölmə: Mədəniyyət › ,
Tarix: 20:46 20.07.2023

Üç gün əvvəl tanış olan Rəna və Muradın həyatları dəyişir. Onlar başa düşürlər ki, bir-birləri üçün yaranıblar. Rəna həyat yoldaşı Ramizdən ayrılsa da, Ramiz yenidən barışacaqlarını düşünür. Uğurlu karyerası, ailəsi və üç yaşlı oğlu olan Murad isə Rəna ilə görüşənə qədər yaşadıqlarını heçə sayaraq hər şeydən imtina edib Rəna ilə həyatına davam etmək istəyir.

 

Rüstəm İbrahimbəyovun “Şirəbənzər” əsəri əsasında Səhnə tetarında tamaşaya qoyulan sevgi dramı tamaşaçıların da böyük marağına səbəb olub.


Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev deyir ki, “Şirəbənzər” əsəri əsasən gənc aktyorlara etibar edilib. Səhnə teatrında çıxış edənlərdən biri də Rəvan Hüseynovdur. O artıq bir ildir ki, tamaşalarda bir sıra rollarda yer alır. Rəvan Hüseynovun sözlərinə görə, pərdə açılandan sonra həyəcan hiss etsə də, tamaşaçı alqışları onu daha da ilhamlandırıb.


“1səhnə” prodüser mərkəzinin nəznində yaradılan Səhnə teatrı artıq üç ildir ki, fəaliyyət göstərir. Bir çox ilklərə imza atan kollektiv yerli yazıçılarla yanaşı, xarici müəlliflərin əsərlərinə də müraciət edir. Qısa müddət ərzində yaradılmasına baxmayaraq, teatr auditoriyasını formalaşdırmağı bacarıb.


Bu teatrı digərlərindən fərqləndirən xüsusiyyətlərdən biri də tamaşaçıların özlərini bilavasitə səhnənin mərkəzində hiss etmələridir. Bu da öz növbəsində Səhnə teatrını sevdirən amillərdəndir.
Tamaşaçıların qəhrəmanlara çox yaxın məsafədə olmaq və hadisələri içdən izləmək şansı var!


Qasım