İtirdiyiniz xoşbəxtliyi geri alın

Tarix: 15:25 13.09.2023
Demək olar ki, hər bir insan həyatının bir dönəmində özünü məyus və ümidsiz hiss edə bilər. Həyat enerjinizi itirdiyinizi düşünə bilərsiniz. Əvvəlki kimi xoşbəxt olmadığını anlayanda həyatdan həzz ala bilmirsən. Ancaq bu nöqtədə əsəbləşmək əvəzinə itirdiyiniz xoşbəxtliyi geri qaytarmağın yollarını sınaya bilərsiniz.
Məyusluq hissi daha da pisləşdikdə həyatın axınına ara verin və özünüzlə tək qalın. İş və ictimai həyatın sıxlığından uzaqlaşıb özünüzə vaxt ayırdığınız zaman problemlərinizi daha asan həll edib xoşbəxtlik tapa bilərsiniz. Özünüzlə tək qalmaq üçün yaxın ətrafınıza naməlum, təbiətlə əhatə olunmuş bir yer seçə bilərsiniz. Mənfi emosiyalar həyatınıza mənfi təsir göstərir və mənfi emosiyalardan qurtulmaq düşündüyünüz qədər asan deyil. Bu vəziyyətdə özünüzü məyus və çarəsiz hiss edə bilərsiniz. Mənfi emosiyaları həyatınızdan silmək istəyirsinizsə, bu emosiyaları bir kağız parçasına yazıb zibil qutusuna atmağa çalışın. Əvvəlki araşdırmalarda mənfi emosiyalarını kağıza yazıb çölə atan insanların psixoloji vəziyyətində rahatlıq hiss etdiyi müşahidə olunub. Məlum olub ki, müsbət emosiyalarını kağıza yazan insanlar özlərini daha yaxşı hiss edirlər.
Sayad Qoşnalıyeva