Daha çox seçim şansının olması xoşbəxtlik səviyyəsini aşağı salır!-Seçim paradoksu

Bölmə: Maraqlı › ,
Tarix: 20:58 15.09.2023

   Tez tez qarşılaşdığımız hallardan biri də seçim etməkdə çətinlik çəkdiyimiz anlardır. Bəzən restoranda və ya kafedə sifarişi verdikdən sonra kaş digər yeməyi və ya içkini sifariş etsəydim kimi sualları özümüzə verərək, tərəddüd keçirdirik.

  Psixoloq Mark Shepper və Sheena İyengar etdiyimiz seçimlərin insan həyatına təsirlərini öyrənmək üçün eksperiment keçirmək qərarına gəlirlər. Bölgələrə aid təamlar satan bir dükanda mürəbbə satmağa başlayır və gələn müştərilərə satışda olan mürəbbələrin nümunə kimi dadına baxmağa icazə verirlər. Eksperimentin birinci günü müştərilərə 6 növ mürəbbə çeşidi təklif edildiyi halda, o biri günlərdə 24 çeşid mürəbbə növü təklif edirlər. Nəticələr göstərir ki, 6 çeşid mürəbbə göstərilən müştərilərin 30%-i məhsulu aldığı halda, 24 çeşid göstərilənlərdən yalnızca 3% məhsulu alır.

  Psixoloq Barry Şvartz seçimlərin paradoksunu belə açıqlayır - Seçim prosesində variantların çox olması və seçim etmək üçün edilən cəhdlər insan xoşbəxtliyini azaldır.

 Burdan çıxan nəticə ondan ibarətdir ki, variantları azaldaraq, dəyərli və önəmli şeylərə konsentrasiya olmaq lazımdır.

 

HƏCƏR ƏMİRASLANLI