Möcüzələr deposu üzümün bilinməyən faydaları

Tarix: 21:32 15.09.2023
Üzüm yay aylarının ən çox istifadə edilən meyvələrindən biri olsa da, bir çox qədim sivilizasiyalar tərəfindən müxtəlif yemək və içkilərin hazırlanmasında da istifadə edilib. Yaşıl, qırmızı və sarı çeşidləri olan üzüm, tərkibindəki komponentlər sayəsində sağlamlığa faydalıdır.
Üzüm, xüsusilə yay aylarında gündəlik həyatda ən çox istifadə edilən meyvələrdən biridir. Üzüm Cənubi Avropa, Afrika, Avstraliya, Şimali və Cənubi Amerika da daxil olmaqla dünyanın mülayim iqlimində yetişdirilir. ABŞ-da yetişdirilən üzümlərin əksəriyyəti Kaliforniyadandır. Üzümün yüksək qida və antioksidan tərkibinə görə sağlamlıq üçün bir çox faydası var.
Üzümün tərkibindəki qidalar xərçəng, göz problemləri, ürək-damar xəstəlikləri və digər sağlamlıq problemlərindən qorunmağa kömək edə bilər. Resveratrol üzümdə sağlamlığa fayda verə bilən vacib bir qidadır. Üzüm yaxşı bir lif, kalium mənbəyidir və bir sıra vitaminlər və digər mineralları ehtiva edir. Bu, gündəlik pəhriz planında nəzərə alındığı müddətcə şəkərli diabet xəstələri üçün də uyğundur.
Mənbə: Takvim.com.tr
Tərcümə etdi: Məryəm Məmmədova