Musk: X yaxında tamamilə ödənişli ola bilər

Bölmə: Maraqlı › ,
Tarix: 21:18 19.09.2023

   Dünyanın ən zəngin insanı Elon Musk, sahibi olduğu X sosial media platformasının (keçmiş Twitter) tezliklə tamamilə ödənişli ola biləcəyini deyib. Elon Musk iddia edib ki, botlarla və ya "avtomatlaşdırılmış" hesablarla mübarizə aparmağın yeganə yolu X üçün ödəniş sistemi hazırlamaqdır. Musk bildirib ki, sistemin istifadəsi üçün kiçik aylıq ödəniş almağa keçirik.

  X-in sahibi bu barədə ABŞ-ın Kaliforniya ştatında İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı açıqlama verib və İsraili texnologiya sektorunda aparıcı roluna görə tərifləyib.

NURAY