iPhone 16 iddialı gəlir

Bölmə: Maraqlı › ,
Tarix: 21:59 19.09.2023

   Apple-ın təqdimatında təqdim edilən iPhone 15 seriyası cəlbedici görünsə də, iPhone 16 ilə bağlı irəli sürülən iddialar iPhone 15 seriyasını geridə qoya bilər. 2024-cü ildə satışa çıxarılacaq iPhone 16 ilə bağlı iddialar doğrudursa, bir çox insanlar iPhone 15-i bəyənməyəcək. Bunlar hansı xüsusiyyətərdir? 

   iPhone 15 Pro modellərində olan yeni, tənzimlənən fəaliyyət düyməsi uzun illər istifadə edilən səssiz düyməni əvəz edir. Ancaq texnologiya dünyasında edilən iddialara görə, iPhone 16 cihazlarında bundan daha artığı olacaq. iPhone 16 telefonlarında "bərk vəziyyət" düymələri olacaq. Bu düymələr əslində düymələrə bənzəmir, onlar sadəcə, toxunma ilə panellərlə əlaqə saxlayır. Texnologiya ilə maraqlananlar iPhone 15 seriyasını almağı məsləhət görmürlər. iPhone 16 telefonlarına tətbiq olunacaq bərk hallı açarlar cihazı suya və toza qarşı daha davamlı edəcək. iPhone 16 cihazı ilə bağlı digər iddia isə yeni telefonlarda Face ID sisteminin tamamilə dəyişəcəyidir. Bu iddiaya görə, yüksək səviyyəli iPhone 16 modellərində inqilabi bir yenilik olacaq. iPhone 16 seriyası daha sürətli olacaq və istifadəçiləri A17 və RAM miqdarı ilə sevindirəcək.

Sayad Qoşnalıyeva
Mənbə:habertürk