Dünyada hər gün sosial mediaya 10 milyard saat sərf olunur

Bölmə: Maraqlı › ,
Tarix: 22:24 20.09.2023

45 yerli və 27 xarici olmaqla 72 iştirakçı şirkətin öz məhsullarını nümayiş etdirəcəyi MOBİSAD-IMEX mobil texnologiya sərgisi öncəsi keçirilən yığıncaqda 2023 Mobil Rabitə Sektoru Hesabatının təfərrüatları paylaşılıb.

 

MOBİSAD prezidenti Mustafa Kamal Turnacı açıqlama verib: "Yeni mobil dünyada sərhədlərin qaldırıldığı bir dövrə qədəm qoyduq. İndi müəssisələr və cəmiyyətlər bir-biri ilə tam inteqrasiya olunub. Bu gün cihazlar, yeni texnologiyalar, mühitlər, konsepsiyalar, ofislər, evlər, şəhərlər və ölkələr bir-biri ilə əlaqəli, bir-birinə təsir edən ağıllı ekosistemin bir hissəsinə çevrilib. Rəqəmsal dövrün gətirdiyi ən böyük inqilablardan biri sosial medianın qlobal yayılmasıdır. Dünya üzrə sosial media istifadəçilərinin ümumi sayı 4,80 milyardı ötüb. Bu rəqəm müəyyən şəbəkələrə çıxışı olmayan əhalini əhatə etmir və əslində, sosial medianın yayılmasının daha da geniş ola biləcəyindən xəbər verir".

 

O bildirib ki, hazırki məlumatlara görə, dünya əhalisinin 75%-dən çoxu sosial media platformalarından istifadə edir. Son 12 ayda aktiv sosial media istifadəçilərinin sayı 4,2% artımla 190 milyon nəfər artıb. Bu artımla saniyədə orta hesabla 6 yeni istifadəçi sosial media dünyasına addım atıb. Tipik bir sosial media istifadəçisi bu platformalarda gündə orta hesabla 2,5 saat vaxt keçirir. Bu o deməkdir ki, dünyada hər gün sosial mediaya, ümumilikdə, 10 milyard saatdan çox vaxt sərf olunur.

 

Sayad Qoşnalıyeva
Mənbə: habertürk