Niyə bəzi insanlar həmişə gecikir?

Bölmə: Maraqlı › ,
Tarix: 21:07 21.09.2023

   Gecikmək bəzi insanların xilas ola bilmədiyi bir tendensiyadır. Davamlı gecikməyə bir çox amillər, o cümlədən vaxtın qavranılması, vaxtın idarə edilməsi təsir göstərir. İstər nahar görüşündə, istərsə də işgüzar görüşdə heç vaxt vaxtında görünməyən birini hamımız tanıyırıq. Elə isə bəzi insanların niyə həmişə gecikməsinin yaxşı izahı varmı?

  Mütəxəssislər deyirlər ki, gecikmə vərdişi, çox güman ki, vaxtın qavranılması, vaxtın idarə edilməsi və şəxsiyyət kimi bir sıra amillərdən qaynaqlanır. London Universitet Kollecinin koqnitiv nevrologiya üzrə professoru və 2017-ci il tədqiqatının müəllifi Hugo Spiersin fikrincə beyində bəzi insanların görüşlərə gecikməsinə səbəb olan bir mexanizm ola bilər ki, onlar oraya çatmaq üçün lazım olan vaxtı düzgün qiymətləndirmirlər. Bu barədə LiveScience-ə Hippocampus jurnalında məlumat verilib.

   Bəzi hallarda gec gələn insanlar səhər hazırlaşmaq kimi səyahətlə əlaqəli olmayan işləri yerinə yetirmək üçün kifayət qədər vaxt ayıra bilmirlər. “Memory & Cognition” jurnalında dərc edilən araşdırma göstərir ki, biz keçmişdə tapşırıqların nə qədər çəkdiyini düşündüyümüzə əsaslanaraq vaxt təxminləri edirik, lakin yaddaşımız və qavrayışlarımız həmişə dəqiq olmur. Bəzi insanlar tapşırıqları bilərəkdən təxirə saldıqları üçün onu vaxtında yerinə yetirməkdə çətinlik çəkirlər.

Sayad Qoşnalıyeva
Mənbə:habertürk