500 min illik taxta konstruksiya tapıldı

Bölmə: Maraqlı › ,
Tarix: 22:21 21.09.2023

   Zambiyada çayın sahilində tapılan, təxminən 500 min illik kötüklər arxeoloqların qədim insanların həyatı haqqında düşüncələrini dəyişib.

  Informator.az "BBC News"a istinadən xəbər verir ki, tədqiqatçılar ağacın yarım milyon il əvvəl tikintidə istifadə olunduğuna dair sübutlar tapıb. “Nature” jurnalında dərc edilən tapıntılar göstərir ki, daş dövründəki insanlar sığınacaqlara bənzər tikililər inşa ediblər. Arxeoloq Larry Barham deyib ki, bu tapıntı əcdadları haqqında düşüncələrini dəyişib.

NURAY