MOTİVASİYA-BİZİ HƏDƏFƏ GÖTÜRƏN MEXANİZM!

Tarix: 23:25 22.09.2023
Motivasiya insan zehnində bizi hədəfə doğru götüdən mexanizmdir. İnsan qəribə, yeni, zövqlü və zəhmətsiz tapdığı şeylərə qarşı daha asan motivasiya olur. Məsuliyyət və çox güclü bir duyğu hissetdiyimizdə motivasiyamız arta bilir. İmtahanda nəticələr bizim üçün yaxşı pul qazanmaqdan ibarətdirsə, bunları başqa məsələlərdə də edə bilərsiz. Mənalı şeylər üçün hərəkətə keçəndə yüksək motivasiya ilə hərəkət edə bilərsiniz. Bunun sayəsində əngəlləri aşa bilər, motivasiyanızı artıra bilərsiniz.
Uğuru zəhmətdə görün
İmtahanın özündən ziyadə sonrasında nələr ola biləcəyi gəncləri narahat edir. Hazırda çox istədikləri hədəflərinin zaman içərisində çox fərqli nöqtələrə gələcəyini ağıllarında tutmalıdırlar. Bu imtahan son deyil. Hədəfləri gerçəkləşdirdikdə, yenilərinə diqqət edəcəklərini unutmamalıdırlar. Başqa fürsətlərin özlərini ummadıqları yerdən gözlədiyini bilməlidirlər. İmtahanda əlimizdən gələnin ən yaxşısını etməliyik. Nəticələr sadəcə bizim performansımıza deyil, başqalarının nə etdiyinə bağlıdır.
Qara-ağ düşünməyin
Ailələr övladlarının imtahanda ən yüksək nəticə əldə etdiklərində rahatlayacaqlarını, hər şeyin yoluna girəcəyini düşünürlərsə, bu, yanlışdır. Bu gün tibb fakültəsinə girmək çox vacib bir uğurdur, amma hər şey bu fakültəni qazanmaqla bitmir. Daha sonrasında bir çox çətin günlər sizi gözləyir.
Keçmişinizi xatırlayın
Biz ana, ata olaraq keçmişi gözəl xatırlayırıq, ancaq hamımız saysız xəyal qırıqlıqları, uğursuzluqlar yaşadıq. Uşaqlığımız və gəncliyimizi düşünmək öz uşaqlarımızı başa düşmək üçün yaxşı bir fürsətdir. Ailələr uşaqlarına hər zaman gözəl xatirələrindən danışar. Ana və atalar o vaxtlarda yaşadıqları pis hadisələri xatırlasa da, yeniyetməlik dövründə uşaqları ilə daha yaxşı münasibət qura bilərlər.
Çinarə