Teslanın insanabənzər robotu Optimus yenilənib

Bölmə: Maraqlı › ,
Tarix: 21:11 26.09.2023

ABŞ-ın elektrik avtomobil nəhəngi Teslanın insanabənzər robotu Optimus yenilənib. Optimusa vizual əsaslı sistem vasitəsilə obyektlərin kalibrlənməsi və obyektlərin sıralanması kimi yeni imkanlar verildi. Əvvəlki versiyasında yerimə qabiliyyəti olmayan Optimusun indiki versiyası artıq axıcı hərəkətlər edə bilir.

 

İnsanabənzər robotun yayımladığı yeni videoda cisimləri rənglərinə görə tez və rəvan bir şəkildə ayırmaqda əldə edilən irəliləyişləri ortaya qoyub. Optimus obyektlərlə bağlı tapşırığını yerinə yetirdikdən sonra yoqa hərəkətləri edərək uyğunlaşma və tarazlıq qabiliyyətlərini nümayiş etdirdi.

 

Aydan