7 GÜN ÖNCƏ TORPAĞA TAPŞIRILAN ŞƏHİDİN ƏKİZ ÖVLADI DÜNYAYA GÖZ AÇDI

Tarix: 23:34 27.09.2023
Antiterror tədbirləri zamanı sentyabrın 19-da keçmiş Ağdərə istiqamətində şəhid olan və bir gün sonra doğulduğu Quba rayonu Zərdabi qəsəbəsində torpağa tapşırılan şəhid Səbuhi Əliyevin əkiz övladları dünyaya gəlib.
Şəhid Səbuhi Əliyevin həyat yoldaşı Laləzar Əliyeva ötən gün doğuş sancıları ilə yaşadığı Qubanın Zərdabi qəsəbəsindən Bakıya yola düşüb. Özəl xəstəxanalardan birinə yerləşdirilən ananın və körpələrin həyatı təhlükədə olduğundan həkimlər dərhal əməliyyat qərarı veriblər. Həkim Pərvin Xəlilovanın sözlərinə görə, gecə saatlarında əməliyyata götürmə səbəbi uşaqların ürək döyüntüsündə taxekardiya müşahidə olunmasıdır. "Bu da ananın stress fonunda yaranan bir şeydir. Vəziyyətləri yaxşıdır, uşaqların da vəziyyəti yaxşıdır, ananın da. Uşaqlar qız uşaqlarıdır. Çəkisi iki kq biridir, 1kq 900 biridir".
Ana Laləzar Əliyeva deyir ki, körpələrin adlarını hələ bir neçə ay əvvəl Səbuhi Əliyev həyat yoldaşı ilə birgə qoyub, Nərgiz və Nazlı. Əkizlərin və ananın hazırda səhətində heç bir problem olmadığına görə iki gündən sonra evə buraxılacaqlar. Qeyd edək ki, Şəhid Səbuhi Əliyevin daha iki azyaşlı övladı var. Onlardan biri qız, digəri oğlandır.
GÜNDÜZ

1 may 2025-ci il tarixdən etibarən “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir.