XANKƏNDİYƏ, AĞDƏRƏYƏ, XOCALIYA, XOCAVƏNDƏ, ƏSGƏRANA APARAN YOLLAR

Bölmə: Sosial › ,
Tarix: 23:41 27.09.2023

    Artıq bütün yollar bizi həm də Xankəndinə, Ağdərəyə, Xocalıya, Xocavəndə və Əsgərana aparacaq. Şəhər və rayonların məlumatverici lövhələri hazırlanıb, qeyd edilən ünvanlara göndərilib.

   Müəssisədə çalışan mütəxəssislər gecəyarı cəmi iki saat ərzində Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və Əsgəran adlarının yazıldığı 11 məlumatverici lövhə hazırlayıb, qeyd edilən istiqamətlərə göndəriblər. Artıq onların bir qismi bu gün səhər saatlarında təyin olunan nöqtələrə yerləşdirilib. Əsas göstərici isə Şuşa şəhərinin Xankəndi istiqamətindəki çıxışına vurulub. Həmin nişanın üzərində adıçəkilən şəhər və rayonlara Şuşadan neçə kilometr məsafə qaldığı göstərilir. "İşğaldan azad edilən şəhər və rayonların adlarından əlavə, həm də həmin ərazilərə aparan yol infrasturukturunun nişanları da hazırlanır. Yəni bu nişanlar bizi azad Qarabağa daha təhlükəsiz formada aparacaq".

   Bərdə, Ağdam, Xankəndi, Şuşa, Laçın magistralının təkcə Bərdə və Ağdamdan keçən hissəsinə 1225 ədəd yol nişanı quraşdırılacaq ki, onlardan da 700-dən çoxu tam hazır vəziyyətə gətirilib.  İşğaldan azad olunan Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və Əsgəran rayonları ərazisindəki məlumatverici lövhələr üçün situnlar  da artıq hazırdır. AAYDA-nın mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Admistrasiya Rəhbərinin sərəncamına əsasən, Azərbaycan Respublikası dövlət rəmzlərinin yerləşdirilməsi, təmin edilməsi və müvafiq nişanlama, yəni burada ünvan, yol nəqliyyat və.s işlərin təşkili ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öz üzərinə düşən məsələlərin həlli ilə bağlı müvafiq qaydada addımların atılmasına start verilib. Bu proses bir neçə gün davam edəcək".

  Bir sözlə, azadlığına qovuşan ərazilərimizdə görüləcək işlər çoxdur, yəni bütün qurumlar bu istiqamət üzrə səfərbər olub və işlər dəsürətlə davam edir.

Gündüz 



Bölmədən digər xəbərlər
QHT “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir
1 may 2025-ci il tarixdən etibarən “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir.