Samvel Babayanın etiraflarında həqiqət payı nə qədərdir?

Bölmə: Sosial › ,
Tarix: 23:51 27.09.2023

   Xuntanın nümayəndələrindən olan Samvel Babayan Xankəndidəki separatçılar haqqında bir çox etiraflar səsləndirib. Onun sözlərinə görə, separatçı-terrorçu rejim başçılarının hamısı Rusiyanın casusudur. Babayan elə danışıb ki, guya məlumatlardan indi xəbərdar olublar. Məhz bu zamanda belə tərzdə informasiyaların yayılması isə heç də təsadüfi deyil. Paşinyan hakimiyyətinin çalxalandığı bir vaxtda bu fikirlərin pərdəarxasında hansı məqamlar durur? 

   Rəsmi İrəvan və erməni separatçıları arasında dərinləşən qarşıdurma ilə bağlı yeni versiyalar ifşa olunmağa başlayıb. Belə ki, artıq xunda rejiminin nümayəndələri bir-birilərinin əleyhinə fikirlər bildirirlər. Seperatçılardan Samvel Babayan açıqlamaları ilə əsl kimliklərini üzə çıxartmaq qərarına gəlib. Onun etiraflarına görə, separatçı-terrorçu rejim başçılarının demək olar ki, hamısı Rusiya Federal Təhlükəsizlik xidmətinə bağlı insanlardır. Bako Saakyanın, Arkadi Qukasyanın, Araik Arutyunyanın Rusiyanın casusları olduğu iddia olunub. Moskvanın seperatçılar qarşısında qoyduğu tapşırığın isə konkret olduğu deyilir. Seperatçılar Ermənistandakı bütün ruspərəst qüvvələri öz ətrafında birləşdirməli, Kremldən aldığı dəstək sayəsində isə baş nazir Nikol Paşinyanı ən qısa müddətdə hakimiyyətdən kənarlaşdırmağa nail olmalı idi. Bununla da, Rusiya öz məqsədinə yəni, Qərbə meyl edən Paşinyanı ruspərəst nümayəndə ilə əvəzləmə istəyinə çatacaqdı. Siyasi şərhçi Telman Nüsrətoğlu deyir ki, səslənən fikirlərin doğruluq payı kifayət qədərdir.  "Vardanyanlar digər orda özlərini vaxtı ilə işğalçı rejim yaratmış şəxslər Rusiyanın kəşfiyyat orqanları ilə bağlı olan insanlar olublar bugün geosiyasi vəziyyət dəyişib. Onların missiyasıda tamamlanmış sayılır. Yəni arxalarındakı gücün bunları himayə edən dairələrində artıq Türkiyə və Azərbaycanla əməkdaşlığa ciddi ehtiyacı var bu bağlamda o agentlərində vəzifələrini tamamladıqlarını açıq şəkildə ifadə edə bilərik". 

   Lakin, Rusiya ilə paralel rəsmi İrəvanın da bir vaxtlar dövlət büdcəsindən separatçılara aylıq 30 milyon dollar məbləğində maliyyə dəstəyi etdiyi də məlumdur. Görünən odur ki, İrəvan ilk dəfə deyil ki, bu məlumatlara sahibdir. Sadəcə, artıq İrəvan hakimiyyəti seperatçıların onlara qarşı çıxdığını müşahidə etdiyindən onlardan əlini çəkib. Bu səbəbdən də, bugünə qədər deyil məhz indi, Paşinyan hakimiyyəti Samvel Babayan vasitəsilə Araik Arutyunyana və digər xuntalara qarşı bu iddialarla çıxış edir. Bununla da, Nikol Paşinyanın Rusiya ilə bütün ipləri kökündən qırmaq istədiyini müşahidə edirik.   

   Seperatçıların aqibətinin necə olacağına gəldikdə, bunu bugün baş verənlərin fonunda təxmin etmək elə də çətin deyil. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən bu gün separatçı rejimin qondarma naziri Ruben Vardanyanın saxlanılması kimi, Araik Arutyunyanı və onun separatçı-terrorçu quldur dəstələrini də tezliklə eyni son gözləyir. 

 FİDAN



Bölmədən digər xəbərlər
QHT “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir
1 may 2025-ci il tarixdən etibarən “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir.