MÜƏLLİMLƏR AUDİTORİYANI ƏLƏ ALMAĞI BACARMIR - AÇIQLAMA

Tarix: 15:06 28.09.2023
“İstər orta məktəb, istərsə də ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olanların auditoriyanı ələ almaq cəhətdən kifayət qədər bacarıqları yoxdur”.
Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. Onun sözlərinə görə, bu gün müəllimlərin böyük bir hissəsi müəllim olmaq istəməyib, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahan nəticəsində bu ixtisasa qəbul olanlardır:
“Növbəti səbəb pedaqoji sahə ilə məşğul olanların kifayət qədər diqqəti öz üzərinə yönləndirmə kimi bacarıqlarının olmamasıdır. Ən önəmli səbəblərdən biri də müəllimlər müasir təlim metodları və texnologiyalardan istifadə etməyi bacarmır. Auditoriyanı ələ almaq, şagirdlərin, tələbələrin diqqətini çəkmək üçün müəllimlər yeni tədris, əyləncə üsullarına əl ataraq, dərsə maraq qatmalıdır. Bunlar olmadıqca, dərsə həvəs də olmayacaq”.
HƏCƏR ƏMİRASLANLI

1 may 2025-ci il tarixdən etibarən “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir.