PEYVƏND BU XƏSTƏLİKLƏRİN QARŞISINI ALA BİLƏR

Bölmə: Sosial › ,
Tarix: 17:29 28.09.2023

''Son bir neçə ildə peyvənd haqqında ölkədə çaşbaşlıq yaranıb. Təbii ki, hər kəsin peyvənd vurdurmamaq kimi hüququ var, amma bu gün pediatrlar peyvəndləri uşaqlara vurdurmağı məsləhət görür''.

 

Bu barədə informator.az-a müsahibə verən pediatr Xəyalə Əhmədova deyir ki, yeni doğulmuş uşaq göründüyü qədər müdafiəsiz deyil - ana bətnində bir çox infeksiyalara qarşı immunitet anadan ona keçir:

 

''Sonradan ana südü ilə qidalanan körpə südlə birlikdə antikorların əlavə bir hissəsini alır, bu da xəstəliyə müqavimət göstərməyə kömək edir. Ancaq belə müqavimət müvəqqətidir, həyatın ilk ilinin sonuna qədər yox olur. Yalnız peyvəndlər bəzi xəstəliklərə qarşı uzunmüddətli və ya həkimlərin dediyi kimi aktiv immunitet yarada bilər''.

 

Pediatr bəzi xəstəliklərin fəsadlarından da bəhs edib: "Difteriyaya yoluxmuş hər onuncu uşağa həkimlər kömək edə bilmir və ölür. Qızılca hər beşinci halda əlilliyə səbəb ola bilir. Parotiti olan oğlan gələcəkdə heç vaxt ata olmaya bilər. Hamilə qadınlarda məxmərək doğulacaq uşağın deformasiyasına səbəb olur".


Xəyalə Əhmədovanın dediyinə görə, peyvənd olmasa, qızılca, göyöskürək, məxmərək, meningit, pnevmoniya, tetanoz və poliomielit kimi ciddi xəstəliklərə tutulma riskimiz var. Bu xəstəliklərin bir çoxu həyat üçün təhlükəlidir. ÜST hesablamalarına görə uşaqlıq peyvəndləri hər il 4 milyondan çox insanın həyatını xilas edir.

 

Pediatr həmçinin dövlət və özəl xəstəxanalarda olan peyvəndlərin fərqinə aydınlıq gətirib: "Dövlət xəstəxanasında olan peyvəndlər özəl xəstəxanalardan sadəcə qiymət və istehsalçı ölkə ilə fərqlənirlər".

 

Qeyd edək ki, ölkəmizin səhiyyəsi üçün və gələcək nəslimizin sağlam olması məqsədi ilə hər il dövlət büdcəsindən peyvənd üçün böyük məbləğdə pul ayrılır.

 

NİGAR XƏLİLZADƏ



Bölmədən digər xəbərlər
QHT “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir
1 may 2025-ci il tarixdən etibarən “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir.