Enerji yığan telefon partladı-Səbəb nədir?
Bölmə: Hadisə › ,Tarix: 21:50 16.11.2023
Enerji mənbəyinə taxılı olan telefon partlayıb. Hadisə Xırdalandakı iş yerlərindən birində baş verib. Zərərçəkən partlayışın necə baş verdiyindən danışıb.
İnformator.az xəbər verir ki, zərərçəkənin açıqlamasına görə, o telefonu otaqda zaryatkaya qoyub.
“Üstündən heç iki dəqiqə - üç dəqiqə filan ancaq keçmişdi. Bir də gördüm nəsə partıltı səsi gəldi”.
Zərərçəkən Arzuman Məmmədov deyir ki, smartfonu bir ildir ki, alıb.
“Bugünədək cihazda hər hansı problem hiss etmədim. Telefonu enerji mənbəyinə taxaraq, otaqdan çıxdım. Üstündən heç 5 dəqiqə keçməmiş partlayış səsi eşidildi. Mobil cihaz ard-arda 2 dəfə partlayıb”.
Zərərçəkən qeyd edir ki, həmin partıltı bir də təkrarlandı başladı tüstüləməyə telefon, partladı.
“Əlimdə olsaydı təbii ki əlimi yandırardı. Qoruyucu qabına qədər hamısını əridib. Təzə almışdım. Telefon təzə telefondu yəni heç bir problem yox idi. Öz orginal adapdırı ilə zaryatkaya qoyurdum həmişə. Təxminən 20 dəqiqəyə filan 0-dan 100-ə zaryatkanı doldururdu da. Mən də bu xüsusiyyətinə görə almışdlm ki tez zaryatka yığır. Yəni zaryatkafa filan işlətməyim deyə”.
Zərərçəkənə həmin telefonu aldığı mağazadan deyilib ki, bu məsələyə görə məsuliyyət daşımırlar. Günahı onun özündə görüblər. Elə mütəxəssislər də deyir ki, bu kimi hallar yalnız telefon tez-tez və uzun müddət enerjiyə taxılı qaldıqda baş verə bilir.
İKT Mütəxəssisi Elvin Abbasov isə açıqlamasında deyir ki, burada bir çox burda səbəblər var.
“Ümumiyyətlə qayda budur ki, o 100 % - ə gəlmədən telefonu çıxartmalıyıq adapdırdan amma bəzi insanlar taxır gecə yatırlar, o 100%-dən də 5 dəfə artıq doldura biləcək şəkildə qalır orda və batareya içində şişə bilər və patlama səbəblərinin ən çox həmən bu məqamdır ki, telefonun daim zaryatkada həddindən artıq saatlarla əlavə qalmağı. Telefon alan şəxslərə məsləhətdir ki, təzə, orginal, Azərbaycandakı rəsmi distributorlarından telefon alsınlar. Adaptırlar da orginal olmalıdır. Zaryatkada olanda istifadə etmək ən böyük təhlükədir ki, daha çox isinmə baş verir. Çünki bir çox funksiyanı eyni vaxta görür”.
Gülnar Ələmdarqızı