Uşaqlara həm əlinizi, həm də dilinizi uzatmayın...

Bölmə: Araşdırma › ,
Tarix: 17:08 07.02.2024

Tokio Universitetində aparılan araşdırmalara görə, həmyaşıdlarının zorakılığına məruz qalan uşaqların beyinlərində ömür boyu zərər verən kimyəvi dəyişikliklər baş verir. Təfərrüatları ilə...

 

Bu dünyada hər kəs uşaq böyütməkdən mümkün olan ən yaxşı şəkildə məsuldur. Çünki uşaqlara edilən pislik və zorakılıq onların gələcəkdə problemli yetkin olmasına səbəb olur. Tədqiqat zorakılığa məruz qalan uşaqlar ilə psixotik dövrlərin ilkin mərhələləri arasında böyük əlaqə olduğunu ortaya çıxarıb. Bu problem təkcə ailədə və cəmiyyətdə uşağa edilən təzyiqlə deyil, həmyaşıdlarının zorakılığı ilə də sıx bağlıdır. Hesabatda deyilir:

 

“Həmyaşıdları tərəfindən zorakılığa məruz qalan uşaqlarda psixotik simptomlar yaşama riski artır. Bundan əlavə, təzyiq və zorakılığa məruz qalan uşaqların beyin nahiyəsində emosiyaların tənzimlənməsindən məsul olan neyrotransmitter adlı kimyəvi maddənin səviyyəsi xeyli aşağı düşür. Neyrotransmitter çox vacibdir, çünki sinir sistemində siqnallar daşıyır". 

 

Elm adamları psixoloji sağlamlıq üçün zəruri olan qlutamat adlı kimyəvi maddənin gənc yaşda təzyiqlə üzləşən insanlarda az olduğunu bildiriblər. Akademiklər zorakılığın uşaqda qalıcı iz buraxdığını ortaya qoyan araşdırmanın psixoloji xəstəliklərin irəliləmə riskinin azaldılmasında əhəmiyyətli olduğunu bildirib.

 

Mənbə: CNNTürk

Tərcümə etdi: Aytac Kərimova