Bakı küçələrində şifrəli yazılar peyda oldu -DİN-dən AÇIQLAMA
Bölmə: Hadisə › ,Tarix: 12:10 15.02.2024
Sosial şəbəkələrdə Xırdalanda, Yasamalda, Biləcəridə, Yeni Günəşlidə və Qaraçuxurda divarlarda “СК.МЕФ”, “24ks.cc” adlı qrafitlərin əks olunduğu fotolar yayılıb. İddialara görə, "МЕФ” “СК” psixoaktiv/narkotik maddə mefedronun, yaxud mefedron tərkibli dərmanları ifadə edir.
Məsələ ilə bağlı DİN əməkdaşı Nurlan Əliyev informator.az-a açıqlama verib.
"Bununla bağlı hazırda ərazidə polis orqanları araşdırmalar aparır".
Nurlan Əliyev bildirib ki, əməli törədən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
"Həmin yazıların silinməsi aiddiyyatı şəxslər tərəfindən təmin olunur".
Gülay Qəribova