22 Fevral "Qarabağ" - "Braqa"-RƏY

Bölmə: İdman › ,
Tarix: 17:22 21.02.2024

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı 22 Fevral 21:45-də Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.

 

Keçmiş futbolçu Aslan Kərimov matçdan gözləntilərini "İnformator.az"la bölüşüb və qeyd edib ki, "Braqa"da müdafiə səhvləri çoxdur:

 

""Qarabağ" bu səhvlərdən məharətlə istifadə etdi, belə olduğu halda "Qarabağ"ın qalib olma şansı daha yüksəkdir. "Braqa" Bakıda da hücuma meyilli oynamaq məcburiyyətində qalacaq. "Braqa" ilk hissədə hesabı bərabərləşdirmək üçün qol vurmaq istəyəcək. Bunun üçün də daha hücuma meyilli oyun oynayacaqlar".

 

Zəhra Həsənova