"Bu, Azərbaycan futbolu üçün böyük nailiyyətdir"-RƏY

Bölmə: İdman › ,
Tarix: 19:00 23.02.2024

"Qarabağ" tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.

 

"Səbail"in baş məşqçisi Şahin Diniyev Qarabağın tarixi qələbəsi ilə bağlı hisslərini "informator.az"la bölüşüb:

 

" "Qarabağ" azlıqda qalmasına baxmayaraq 1/8 finalına vəsiqə qazandı. Bu, Azərbaycan üçün böyük nailiyyətdir. "Qarabağ" öz adını tarixə yazmağa davam edir. Futbol həyəcanını bizə yaşatdığına görə "Qarabağ"a təşəkkür edirəm. Hakim oyunu yüksək səviyyədə idarə etdi, bunu uzatma dəqiqələrində daha dəqiq gördük. "Qarabağ" azlıqda oynasa da düzgün müdafiə olundu, layiq olduğu nəticəni qazandı".

 

Zəhra Həsənova