‘’Qarabağ’’ ı çətin qarşılaşma gözləyir-Mütəxəssis rəyi

Bölmə: İdman › ,
Tarix: 21:14 23.02.2024

’Qarabağ’’ UEFA Avropa liqasının 1/8 finalında yenidən ‘’Bayer Leverzkuen’’ilə qarşı-qarşıya gələcək.

 

Futbol mütəxəssisi Aslan Kərimov bu qarşılaşma ilə bağlı proqnozlarını informator.az-la bölüşüb. Mütəxəssis bu cütlükdən qalib olaraq çıxmağın ‘’Qarabağ’’ üçün çətin olacağını vurğulayıb.

 

‘’Bayer Leverkuzen’’ hazırda ən yaxşı vəziyyətindədir və Avropa liqasının potensial favoritlərindəndir. Qrup mərhələsində ‘’Qarabağ’’ Bakıdakı oyunda ‘’Leverkuzen’’ ilə  son dəqiqə qolunu nəzərə almasaq, oynamağı bacarıb.Lakin kart səbəbi ilə cəzalanan oyunçularımızı da nəzərə alarsaq, Qarabağın işi olduqca çətindir’’.

 

Aslan  Kərimov ‘’Qarabağ’’ dan gözləntinlərin  və nəticədən asılı olmayaraq nailiyyətlərinin yüksək olduğunu qeyd edib.

 

‘’Düşünürəm ki, bu turnirdən həzz almaq lazımdır. ‘’Leverkuzen’’  ‘’Braqa’’dan daha güclü rəqibdir və potensial olaraq turnirin çempion namizədlərindən biridir. Almaniyada keçirələcək oyunda ‘ qrup mərhələsindəki kimi 5:1 lik fərq olacağını gözləmirəm. ‘’Qarabağ’’ dan gözləntilərimiz daim yüksək olub’’.

 

Ayaz Zeynalzadə