"Qarabağ"ın futbolçusu Olavio Juninyo zədələnib-AÇIQLAMA

Bölmə: İdman › ,
Tarix: 19:26 29.02.2024

27 yaşlı hücumçu "Qəbələ"yə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış oyunda sıradan çıxıb.7 mart oynanılacaq "Qarabağ" - "Bayer Leverkusen" matçına necə təsir edəcək?

 

Bu barədə "informator.az"a açıqlamasında Aslan Kərimov bildirib ki, Juninyonun zədəsinin nə dərəcədə olduğunu həkimlər müəyyən edəcəklər:

 

"Zədə çox da ciddi deyil. Mübariz on birliyin əsas heyətində olan oyunçunun iştirak etməməsi "Qarabağ" - "Bayer Leverkusen" oyununa təsir edəcək. Juninyonun əvəzinə A.Nərimanı da oyuna daxil etmək mümkündür. Bu hal baş verərsə Nəriman Juninyonu əvəz edəcək.
Nərimanın təcrübəsi Juninyonun təcrübəsi qədər deyil. Bu hal Nərimanın inkişafı üçün bir şansdır".

 

Zəhra Həsənova