WhatsApp-a gözlənilən funksiya gəldi! Ekran görüntüsü dövrünü bitirəcək yenilik

Bölmə: Araşdırma › ,
Tarix: 19:59 18.03.2024

“WhatsApp” “Android” üçün yeni məxfilik funksiyasını təqdim edib ki, bu da insanların profil şəklinizin ekran görüntüsünü (screenshot) çəkməsinə mane olacaq.

 

Dünyanın ən məşhur ani mesajlaşma proqramı olan "WhatsApp" istifadəçilərə çox faydalı olacaq yeni funksiyalar təqdim etməyə davam edir. Windows, Android və iOS platformalarında davamlı sınaqlar həyata keçirən "WhatsApp" indi məxfiliyə əsaslanan yeni funksiyanı təqdim edib. Profil şəkillərinin ekran görüntüsü ( screenshot) çəkilə bilməz. 

 

Ekran görüntüsü almaq istədiyiniz zaman ekranın aşağı hissəsində "tətbiq məhdudiyyətlərinə görə" ekran görüntüsünün çəkilə bilmədiyi bildirişi görünür.

 

Aydan İsayeva 

Mənbə: www.ensonhaber.com