Qəzzaya görə BMT TŞ-dən təcili iclas istəyib

Tarix: 00:53 16.05.2025
Danimarka BMT Təhlükəsizlik Şurasının Qəzzadakı humanitar böhranla bağlı təcili iclas keçirməyə çağırıb.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Elman Vəliyev bildirir ki, hazırda Qəzza da aclıq, yoxluq və məhv olma içərisindədir:
“Hazırda Qəzzadakı böhran beynəlxalq güc balansında dəyişkənliyi İsrail və Amerikanın lehinə edir. Bütün yaxın Şərqi Amerikanın və İsrailin təsir dairəsinə daxil edir. Danimarkanın da bu təşəbbüsü Avropa İttifaqında və ya Yaxın Şərq siyasətin də dəyişkənlik yaratmayacaq. Avropa İttifaq elə də böyük bir siyasi təşkilat deyil. Birliyin məğzi, mahiyyətini ancaq öz dövlətləri üçün iqtisadi bir inteqrasiya yaradır. Lakin Qərb də istəmir ki, Amerikanın təsiri genişlənsin. Qəzzadakl hazır ki böhranın davam etməsi Yaxın şərqdə yeni siyasi bloklaşmaya səbə ola bilər. Ancaq Suriyanın leyhinə olan bir bloklaşma ola bilər. Orada bloklaşma olarsa, bunlar müsəlman və yəhudi bloklaşmasıdır. Və bu da İsrailə xeyir edəcək tərəfdir. Lakin gələcəkdə İsrailin genişlənməsi, bölgəyə nəzarəti yeni bloklaşmaların səbəbinə gətirib çıxara bilər. Bunlar da kürdlərə, farslara və türklərə narahatlıq yarada bilər. Çünki, bunu özlərinə potensial təhlükə hesab edə bilərlər”.
Aysel Mirzəyeva