Azərbaycan güləşçilərinin Avropa Olimpiya Təsnifat turnirində ilk rəqibləri müəyyənləşib

Bölmə: İdman › ,
Tarix: 15:17 05.04.2024

Milli Gimnastika Arenasında güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək. 

 

Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev "informator.az"a açıqlamasında bildirib ki, yarışa yaxşı hazırlaşdıq:

 

"Ən xırda detalı nəzərə almağa çalışmışıq. Güləşçilərimizdən hər zaman ki kimi gözləntilərimiz yüksəkdir, amma proqnoz vermək çətindir.

 

Püşkatma mərasimi yunan-Roma, qadın güləşində bizim üçün çətin rəqiblər düşdü. Nisbətən sərbəst güləşdə püşkatma bizim üçün uğurlu oldu".

 

Zəhra Həsənova