Ukraynada gömrük işçiləri arasında milyonlarla dollarlıq korrupsiya sxeminin üstü açılıb

Bölmə: Dünya › ,
Tarix: 20:18 16.04.2024

Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu (SAP) Çernivtsi gömrükçüləri arasında korrupsiya sxeminin üstünü açıb. Bu barədə nazirlik öz Telegram kanalında məlumat yayıb. Korrupsiya sxeminin iştirakçıları yüklü TIR-ları boş kimi qeydiyyata alaraq Türkiyədən qeyri-qanuni mallar ixrac ediblər. Dövlətin itkisi 290 milyon qrivna (təxminən 690 milyon rubl) təşkil edib.

 

Gömrük işçiləri bu cür avtomobillərə xüsusi giriş imkanı veriblər: 

Cinayətkar qrupun 11 üzvü - Çernivtsi vilayət şurasının keçmiş deputatı da daxil olmaqla, üç Çernivtsi gömrük işçisi və daha səkkiz nəfər ifşa edilib.

 

Mənbə: lenta.ru

Tərcümə etdi: Gülnisə Əfkari