Slovakiyanın baş naziri milli parlamentə Krım və Donbasın əbədi olaraq Rusiyanın tərkibində qalacağını bildirib

Bölmə: Dünya › ,
Tarix: 22:51 17.04.2024

Robert Fiko Moskvanın Kiyevə qalib gələcəyinə inanır. 

 

Slovakiyanın baş naziri Robert Fiko ölkənin Milli Şurasının (parlament) Avropa məsələləri üzrə komitəsinin üzvlərinə bildirib ki, Donbass və Krım əbədi olaraq Rusiyanın tərkibində qalacaq: 

“Beynəlxalq hüquq nöqteyi-nəzərindən hər birimiz başqa ölkənin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanıyırıq. Bu, beynəlxalq hüququn yaxşı təcrübəsidir. Amma mən bunu deyirəm: ruslar Krımı heç vaxt geri verməyəcəklər. CTK xəbər agentliyinin sitat gətirdiyi kimi ruslar Donbass və Luqanski geri verməyəcəklər”. 

 

Fiko hesab edir ki, Kiyevlə görüşdə Moskva qalib gələcək. Onun sözlərinə görə, sülhə nail olmaq üçün hər iki tərəf güzəştə getməli olacaq.

 

Slovakiyanın baş naziri uzun müddətdir ki, Qərbin Ukrayna ilə bağlı strategiyasını tənqid edir və münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayır.

 

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari