ÜST-dən quş qripi açıqlaması

Bölmə: Dünya › ,
Tarix: 22:48 02.05.2024

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi açıqlamada quş qripinin ictimai sağlamlıq riskinin "aşağı" olduğu bildirilib. ÜST, quş qripinin ictimai sağlamlıq riskinin aşağı olduğunu açıqladı.

 

Qurum quş qripinin (H5N1 virusu) yaratdığı ictimai sağlamlıq riskinin "aşağı" olduğunu bildirib.

 

ÜST-ün açıqlamasında yoluxmuş quşlar, heyvanlar və çirklənmiş ərazilərlə təmasda olanlar üçün virusa yoluxma riskinin "aşağı və ya orta" olduğu və daha çox məlumat əldə olunarsa, risk qiymətləndirməsinin dəyişə biləcəyi bildirilib.

 

Açıqlamada süddə virusun aşkar edildiyi və yoluxuculuğunun araşdırıldığı qeyd edilib və çiy süd əvəzinə pasterizə edilmiş südün istehlak edilməsi tövsiyə edilib.

 

ABŞ Qida və Dərman İdarəsi (FDA) ümummilli araşdırmada təhlil edilən hər 5 ticari süd nümunəsindən birində quş qripi izlərinin aşkar edildiyini açıqladı.

 

Quş qripi ilk dəfə mart ayında ABŞ-ın Texas ştatında mal-qara sürülərində aşkar edilib və sonradan əldə edilən tapıntılar virusun ölkənin 8 ştatında ondan daha çox sürüdə aşkar edildiyini göstərib.

 

Mənbə: Haber Global

Asiman Hafizqızı