Nvidia Microsoft-u necə üstələyərək dünyanın ən dəyərli şirkəti oldu?

Bölmə: Araşdırma › ,
Tarix: 22:18 21.06.2024

ABŞ-ın çip istehsalçısı Nvidia bazar dəyərinə görə Microsoft-u geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olub. Nvidia-nın Nasdaq birjasında satılan səhmləri ötən gecə 3,5 faiz dəyər qazanaraq bir səhm üçün 136 dollara yüksəlib.

 

Səhmləri sürətlə yüksələn Nvidia, bazar dəyərinə görə Apple-dan sonra Microsoft-u geridə qoydu, səhmlərinin artması ilə şirkətin ümumi bazar dəyəri 3 trilyon 340 milyard dollara çatdı.Beləliklə, Nvidia ilin əvvəlindən bazar dəyərini iki dəfə artırıb. Səkkiz il əvvəl şirkətin səhmlərinin bazar dəyəri indiki qiymətin 1 faizindən də az idi. Nvidia süni intellekt proqram təminatı üçün lazım olan kompüter çiplərini istehsal edir. Son bir neçə ildə şirkətin məhsullarına tələbat artıb. Bu, Nvidia-nın satışlarını və mənfəətini artırdı. Bir çox investorlar Nvidia vasitəsilə qazanclarının daha da arta biləcəyinə inanır ki, bu da şirkətin səhmlərinin qiymətlərinin qalxmasına səbəb olur. Bununla belə, bəzi investorlar şirkətin səhmlərinin həddən artıq dəyər qazanmasını da şübhə altına alırlar. Microsoft, Google sahibi Alphabet, Meta və Apple süni intellekt sahəsində şiddətlə rəqabət aparan texnologiya nəhənglərindən yalnız bir neçəsidir. Bu rəqabət süni intellekt çip bazarında üstünlük təşkil edən Nvidia-nın xeyrinədir. İnvestorlar buna görə də şirkətin bazar dəyərindəki artımın davam edəcəyinə inanırlar. Nvidia-nın satış və mənfəət göstəriciləri son illərdə bir çox analitiklərin gözləntilərini üstələyib.

 

Mənbə:BBCNews

Aytac Kərimova