Putin Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələr haqqında danışıb
Bölmə: İqtisadiyyat › ,Tarix: 18:24 03.07.2024
"Diqqətinizi çatdırmaq istərdim ki, ticarət-iqtisadi qarşılıqlı fəaliyyətdə əlaqələrimiz müsbət inkişaf edir. Bu, dövriyyədə dörd milyarddan çox və Azərbaycan iqtisadiyyatına birbaşa Rusiya sərmayələrində 4,3-4,5 milyard sərmayədir. İlin birinci yarısında 13% artım olub, ümumilikdə hər şey müsbət inkişaf edir”. - Bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan arasında ticari-iqtisadi əlaqələr haqqında danışarkən söyləyib.
Putin həmçinin Moskva və Bakının birgə infrastruktur layihələri barədə də danışıb.
Prezident ölkələrin 2022-ci ilin sonunda imzalanmış saziş əsasında birgə işlədiyini vurğulayıb və “Bütün sahələrdə əlaqələr inkişaf üçün yaxşı əsasdır”,-deyib.
"Rus dilinin dəstəklənməsinə şəxsi xüsusi marağınızı hər zaman qeyd edirəm: Azərbaycanda 300-dən çox məktəb rus dili ilə işləyir, bu dili gənclərə və uşaqlara öyrədir. Bu, Rusiyada münasibətlərimizin qorunması və inkişafı üçün yaxşı zəmin və perspektiv yaradır”,- deyə Rusiya Prezidenti sonda bildirib.
Gülnisə Əfkari