Bəhreyn ABŞ iqtisadiyyatına 17 milyard sərmayə qoyacaq

Tarix: 18:11 18.07.2025
Bəhreyn ABŞ iqtisadiyyatına təxminən 17 milyard dollar sərmayə yatırmağı planlaşdırır.Bunu Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Əl Xəlifə Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşündə deyib.
Bəhreynin vəliəhdi Trampla danışıqlar zamanı təhlükəsizlik, ticarət və investisiya ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırdığını bildirib.
“ABŞ-yə gələcək 17 milyard dollarlıq sövdələşmələri elan etməkdən məmnunuq. Bu, real puldur, uydurma müqavilələr deyil”, - deyən vəliəhd bildirib.
Mövzu ilə bağlı iqtisadçı ekspert Günay Hüseynova “İnformator.az” a açıqlamasında bildirib ki, ölkələrin ən böyük iqtisadi ticari tərəfdaşı əsasən ABŞ hesab olunur:
“Son dönəmlərdəki geosiyasi proseslərdən dolayı da ticari tərəfdaşını itirməmək üçün müxtəlif ölkələr ABŞ ilə əməkdaşlıqlarını daha da möhkəmləndirir.Bu sırada da ilk növbədə ərəb ölkələti gəlir.Çünki həmin ölkələrin əsas gəlir mənbəyi neftdən gələn gəlirlər hesabınadır. ABŞ- nin tətbiq edəcəyi hər hansısa bir fiskal siyasət və ya iqtisadi sanskiya dərhal neftdən asılı olan ölkələrin iqtisadiyyatını çökdürə bilər.Bundan əlavə neft gəlirləri dollarla olduğu üçün dolların zəifləməsi,dollara olan təzyiqlər də həmin ölkələr üçün iqtisadi maraq təşkil etmir .Bəhreyin Vəliəhdinin də verdiyi bu vəd ilk növbədə iqtisadi maraq təşkil edir”.
Günay Hüseynova qeyd edib ki, bir sıra ölkələr alternativ enerji vasitələrinə keçib,dünya ölkələri elə başda ABŞ olmaqla reak müharibə şəraitindən uzaqlaşaraq “iqtisadi müharibə” aparırlar:
“Onun üçün də həm siyasi yaxınlaşma həm də pul kütləsinin dəyərini itirməməsi həmçinin qeyri neft sektorunun inkişafı ,alternativ gəlir mənbəyi üçün Bəhreyn və bir sıra ölkələr ABŞ iqtisadiyyatına investisiya yatırmaqda maraqlıdırlar”.
Günay Hüseynova Bəhreynin 17 milyard dollarlıq investisiyasının hansı iqtisadi sahəyə yatırılacağı haqqında qeyd edib ki, ilk növbədə bu,texnologiya sahəsi ola bilər:
“Çünki həm ABŞ texnologiya nəhənglərindən hesab olunur həmçinin də ən gəlirli sahələrindən.Bəhreynin iqtisadi marağı nə dolların zəifləməsinin qarşısının alınması, nə də ABŞ iqtisadiyyatını dirçəltmək deyil.Sadəcə yatırılan investisiya həm artıqlaması ilə qazandiracaq həm dollar güclənib neft gəliri olaraq ölkəyə geri qayıdacaq”.
İqtisadçı ekspert əlavə edib ki, yatırılan investisiyanın yeni iş yerlərinin açılmasına təsiri olacaq:
“Bəli müəyyən yeni iş yerləri açılacaq.Lakin əsas təsir isə var olan sistemin güclənməsi olacaq və bu sayədə də şirkətlərin hissə sənədlərinin qiyməti artacaq.Bununla yanaşı ABŞ iqtisadiyyatına yatırılan investisiya nəticə etibarı ilə inflyasiyanın da sürətini azaldacaq”.
Ləman Mahmudlu