İsti hava itləri aqressiv edir?

Bölmə: Maraqlı › ,
Tarix: 22:37 09.07.2024

Elmi araşdırmalar itlərin artan temperaturlara, havadakı ozon tərkibinə və məruz qaldıqları ultrabənövşəyi şüalara görə daha aqressiv davranışlar göstərə biləcəyini və yay aylarında it hücumlarının arta biləcəyini ortaya qoyur.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hər il dünyada on milyonlarla insan itlərin hücumuna məruz qalır. Təkcə ABŞ-da hər il 4,5 milyon insan itlər tərəfindən dişlənir. Aşağı və orta gəlirli ölkələrlə bağlı məlumatlar dəqiq məlum olmasa da, ÜST-ə görə, heyvan dişləmələrinin 76-94 faizi itlərdən qaynaqlanır. Hər il təxminən 59 min insan quduzluqdan ölürsə də, bu ölümlərin çoxu quduz itlərin hücumundan qaynaqlanır. Uşaqlar isə it hücumlarına qarşı ən həssas qrupdur.

 

TRT Haber

Zəhra Həsənova