Enis Destanın məqsədi bombardir olmaqdır

Bölmə: İdman › ,
Tarix: 22:18 10.07.2024

“Trabzonspor”un gənc hücumçusu Enis Destan Qara dəniz komandasının hədəfinin hər zaman kuboklar olduğunu və bordo-mavi formada bombardiri olmağı hədəflədiyini bildirib.

 

Yeni mövsüm hazırlıqlarının ikinci mərhələsi çərçivəsində Macarıstanın Seqed şəhərində düşərgə salan bordo-mavili komandanın hücumçusu Enis Destan AA müxbirinin suallarını cavablandırıb.

 

 

Ötən mövsüm 9 dəfə rəqib qapısına yol taparaq liqada dönüş yaradan gənc futbolçu düşərgədə hava şəraitinin isti olduğunu, buna baxmayaraq, yaxşı çalışdıqlarını bildirib.

 

Super Liqada ilk qolu Trabzonspor forması ilə vurduğunu bildirən Enis, "Keçən həftə Ankaragücü matçında da het-trik etdim. Ankaragücü aşağı liqaya düşəndə ​​acı bir sevinc yaşadım. İnşallah yeni mövsüm qaldığım yerdən davam edəcəm".

 

Vüqar Alışov