Xərçəngin aşkarlanması üçün süni intellektə əsaslanan kompüter proqramı hazırlanıb
Bölmə: Araşdırma › ,Tarix: 19:48 16.07.2024
Şotlandiyalı tədqiqatçılar xərçəngi yüksək dəqiqliklə aşkar etmək üçün süni intellektdən istifadə edən kompüter proqramı hazırlayıblar.
Qlazqo Universitetinin süni intellekt mütəxəssisləri və xərçəng xəstəliyini araşdıran alimlərdən ibarət qrup xərçəng xəstəliklərinin diaqnozunu asanlaşdırmaq üçün süni intellekt texnologiyasından istifadə edib. Tədqiqatçılar patoloqların hazırladıqları "Histomorfoloji Fenotip Öyrənmə" (HPL) adlı proqramla xərçəng diaqnozunu daha asan və sürətli edə biləcəklərini açıqladılar. Tədqiqat çərçivəsində ABŞ Xərçəng İnstitutunun Xərçəng Genom Atlası verilənlər bazasında olan 452 xəstənin ağciyər toxuması nümunələrinin minlərlə yüksək keyfiyyətli görüntüləri toplandı. Tədqiqatçılar şəkilləri təhlil etmək və şəkillərdəki nümunələri aşkar etmək üçün öz-özünə təlim alqoritmi hazırlayıblar. O, görüntüləri minlərlə kiçik kvadrata bölən alqoritmin toxuma nümunələrində hüceyrələrin vizual xüsusiyyətlərini tanımaq və təsnif etmək prosesində özünü məşq edərək 99 faiz dəqiqliklə fərqləndirə biləcəyini müəyyən edib. Həkimlər xərçəngin təkrarlanma ehtimalını və zamanını yüzdə 64 nisbətində dəqiq proqnozlaşdırarkən, HPL-də bu nisbətin yüzdə 72 olduğu müşahidə edildi. Digər tərəfdən tədqiqatçılar bu süni intellekt sistemi ilə döş və prostat vəzi kimi 10 xərçəng növündə ardıcıl nəticələr əldə ediblər. Araşdırma "Nature Communications" jurnalında paylaşılıb.
Nərgiz Orucova
İsraildə hərbi sənədlərin sızması ilə bağlı qalmaqal var: məhkəmə Netanyahunun köməkçisini ittiham etdi
“COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihə çərçivəsində Şirvan Milli Parkına infotur təşkil olundu