Yunanıstanın Müdafiə Nazirliyi: “F-35-lərlə bir gecədə Ankaraya gələ bilərik”

Bölmə: Dünya › ,
Tarix: 21:04 22.07.2024

Son günlər Ankara ilə Afina arasında artan gərginliyi dəyərləndirən Adonis Georgiadis Türkiyəni narahat etdiyini iddia edib. 

 

Yunanıstanın aldığı F-35-lər, Amerika və Fransa ilə qurduğu müdafiə ittifaqları ilə çox gücləndiyini deyən Georgiadis Afinanın son 5 ildə aviasiyada nərdivanları sürətlə yüksəldiyini və Türkiyəni çətin vəziyyətdə qoyduğunu iddia etdi. Yunanıstanlı nazir açıqlamasında bildirib ki, Türkiyə aviasiyada sıfırdır. F-35-lərlə gecə birdən Ankaraya gələ bilərik deyərək sözlərini belə davam etdirib: "Belə bir şey etmək istəmədiyimiz üçün demirəm, amma qarşı tərəf deyəndə gülürəm. Yunanıstan son dərəcə güclü ittifaqları olan bir ölkədir, Türkiyə isə bir ölkədir. Biz istəsək də, istəməsək də, Türkiyə bizim qonşumuzdur, əlbəttə ki, əlaqə saxlayacağıq, amma bu, bizim suveren hüquqlarımızdan biridir".

 

Mənbə: CNN turk

Mayıl Soltanov