Tənha insanlar daha çox kabus görür?!
Bölmə: Maraqlı › ,Tarix: 22:47 17.10.2024
Oreqon Dövlət Universitetindən Colin Hesse və komandası tərəfindən aparılan araşdırmalar tənhalıqla pis yuxular arasında əlaqəni ortaya çıxarıb.
"Journal of Psychology" jurnalında dərc edilən araşdırmada bildirilir ki, tənhalıq stres, fikirləşmə (həddindən artıq düşünmə) və hipersayıqlıq (həddindən artıq ayıqlıq) kimi psixi vəziyyətlərlə yanaşı kabusların tezliyini və intensivliyini artırır.
Yalnızlıq ürək xəstəliyi, iflic və vaxtından əvvəl ölüm kimi ciddi sağlamlıq problemləri ilə əlaqəli olsa da, kabusların yuxu keyfiyyətinə mənfi təsir göstərərək bu riskləri artıra biləcəyi irəli sürülür. Tədqiqatçılar tənhalığın insan sağlamlığına əhəmiyyətli bir maneə yaratdığını və təkamül yolu ilə yaşamaq üçün bir cəmiyyətə mənsub olmaq hissinin həyati əhəmiyyət daşıdığını bildirirlər.
Mənbə: Evrimagaciofficial.
Nərgiz Orucova