Paris 2024-ə rekord bilet satışı!

Bölmə: İdman › ,
Tarix: 20:13 23.07.2024

2024-cü il Paris Olimpiadası tarixin ən çox biletli oyunları olub.  Oyunlara buraxılan 10 milyon biletin 9 milyondan çoxu satılıb.  Ən bahalı bilet 2 min 700 avroya satıldığı halda, bu biletin yemək paketi 3 min 850 avroya satılıb.

 

İnformator.az xəbər verir ki, Bilet qiymətləri; 90, 250, 500, 900, 1600 və 2 min 700 avro olaraq təyin edilərkən, 2 min 700 avroluq bilet sahibləri yemək xidmətinin də olduğu paket üçün 3 min 850 avro ödəyib.

 

 1996 Atlanta Olimpiadası rekordu qırıldı.

1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilən oyunlara 8,3 milyon bilet satıldığı halda, bu rekord 28 il sonra Parisdə yenilənib.

 

Bilet qiymətlərinin 3 min 850 avroya qədər qalxdığı Paris 2024 Olimpiadasında Sena çayına baxan ev sahibləri də bu vəziyyəti maliyyə fürsətinə çevirmək istəyirlər.

Açılış mərasimi üçün evlərini kirayə vermək istəyən ev sahibləri 26 iyul üçün 20 min avrodan çox kirayə haqqı təyin ediblər.

 

Olimpiya tarixində ilk dəfə açılış mərasimi şəhərdə keçiriləcək və ictimaiyyətə açıq olacaq. Açılış mərasimini bilet alaraq izləmək istəyənlər üçün tribuna qurulacağı halda, ictimaiyyətə açıq bölmələr də olacaq.

 

Məhəmməd Qasımov