Kanada meşə yanğınları ilə mübarizə aparır

Bölmə: Dünya › ,
Tarix: 19:53 25.07.2024

Kanadanın qərbindəki Alberta və Britaniya Kolumbiyası əyalətləri yanğınlarla mübarizə aparır.

 

Britaniya Kolumbiyası Meşə Yanğından Mühafizə Xidmətindən verilən açıqlamaya görə, son bir həftədə bölgədə 58 mindən çox ildırım çaxması yeni yanğınlara səbəb olub. Britaniya Kolumbiyasında 400-dən çox, Alberta əyalətində isə 176 yanğın aşkar edilib. Kanadanın turizm bölgəsi Jasper Milli Parkında alov yayıldıqdan sonra X sosial media platformasında sakinlərə məlumat verilib.

 

Mənbə: TRT Haber

Zəhra Həsənova