Paris 2024 idmançıları Olimpiya'da qida çatışmazlığı yaşayıblar!

Bölmə: İdman › ,
Tarix: 12:52 26.07.2024

Təşkilatçılar qida rasionunu tərtib etməli olublar ki, hamıya kifayət etsin. Məsələn, idmançılar toyuq yumurtası və bəzi digər məhsulların azlığından narazıdırlar. 

 

"Sodexo Live" restoranlar şəbəkəsinin meneceri bildirib ki, idmançıların rəylərini izləyirlər və ərzaq tədarüklərini Olimpiya kəndindəki restoranların artan tutumuna, eləcə də ilk günlərdə müşahidə olunan faktiki istehlaka uyğunlaşdırmaq üçün fəal işləyirlər.

 

Oyunlar zamanı idmançıları qidalandırmaq üçün 600 ton təzə qida tədarükünə cavabdeh olan "Carrefour" təsdiq edib ki, onlardan qida istehlakının həcmini artırmaq xahiş olunub.

 

Daha əvvəl İsveçin həndbol üzrə milli komandasının üzvləri Olimpiya kəndinin yataq dəstlərindən şikayətləniblər. Onlar qeyd edib ki, döşəkçələrin balıq torundan hazırlanması onlara narahatlıq yaradır.

 

İsveçin stolüstü tennis millisinin üzvləri isə nəqliyyatın durumundan narazıdırlar. Kişi və qadın komandaları məşq etmək üçün hər gün 1 saat 20 dəqiqə yol qət edirlər. Onların məşqi şəhər mərkəzindən bir neçə kilometr cənubda keçirilir.

 

“Avtobuslar çox istidir. Gündə iki dəfə 40 dəqiqə məsafə qət edirik. Düzünü desəm, Parisdə isti Hindistandakından daha çoxdur. Əgər belə davam edərsə, insanlar avtobuslarda huşunu itirəcəklər”, - deyə İsveç millisinin baş məşqçisi Yurgen Person bildirib.

 

Mənbə: L'Equipe

Məhəmməd Qasımov