Doue "Strasbourg" ilə müqavilə imzaladı

Bölmə: İdman › ,
Tarix: 18:05 26.07.2024

"Galatasaray"da uzun sürən danışıqlardan sonra transferindən imtina edilən Fransanın "Rennes" komandasının 21 yaşlı sağ cinah müdafiəçisi Quela Doue "Strasbourg" anlaşıb.

 

Strasbourg klubundan verilən açıqlamada, "Strasbourg"un sağ cinah müdafiəçisi Quela Duenin transferi üçün "Rennes"lə razılığa gəldiyi bildirilib. Açıqlamada futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalandığı bildirilib. Doue ötən mövsüm Rennes forması ilə 35 matçda iştirak edib və 4 məhsuldar ötürmə edib.

 

Mənbə: TRT Haber

Zəhra Həsənova