"Red Bull Racing" pilotu Maks Verstappen ilk məşqi lider kimi tamamladı!

Bölmə: İdman › ,
Tarix: 18:12 26.07.2024

Belçikada bütün gün yağış gözlənilsə də, ilk məşq tam quru şəraitdə keçib və komandalar mühüm sınaqlar keçirmək imkanı əldə ediblər.

 

Bütün əsas komandalar sessiyanın əvvəlində müxtəlif sınaqlar keçirdilər və avtomobillərini trasa ən yaxşı şəkildə uyğunlaşdırmağa çalışdılar.

 

Spa-da problem böyük düzlüklər və yüksək sürətli döngələr arasında yaxşı tarazlıq tapmaqdır və bu, ilk sessiyanın diqqət mərkəzində idi.

 

Sessiyanın başlanğıcında Daniel Rikkardo maşının idarəetməsini itirərək ilk döngədə fırlansa da, heç nəyə dəymədən sessiyaya qayıdıb.

 

"Red Bull"-dan Maks Verstappen sessiyanın ikinci yarısına daxil olarkən 1:43.372 dövrə vuraraq liderliyi ələ keçirdi. 

 

Sessiyanın son hissəsində reytinqdə dəyişiklik baş verməyib və ilk sessiyada Verstappen zirvədə olub.

 

Hollandiyalı pilotun ən yaxın izləyicisi McLaren ilə Macarıstanda qələbə qazanan Oskar Piastri olub. Lakin avstraliyalı pilot lider Verstappendən 0,531 saniyə geri qalıb.

 

Mənbə: Motorsport

Məhəmməd Qasımov