İran-İsrail qarşıdurması necə inkişaf edəcək?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 15:05 05.08.2024

"İsraillə İran arasında münasibətlər kifayət qədər gərginləşib. Ən qısa zamanda bir qarşıdurma olacağı qaçılmazdır. İran bununla bağlı artıq mövqeyini ifadə edib".


Bu sözləri "informator.az"a açıqlamasında politoloq Oqtay Qasımov İsrail-İran münasibətlərini şərh edərkən söyləyib. Politoloqun fikrincə, İranın birbaşa təması İsraillə savaşma imkanları yoxdur. Ən azından coğrafiya buna imkan vermir.


"Həmas Qəzzada ciddi itkilərə məruz qalıb. Hətta, bir neçə gün öncə Həmasın rəhbərlərindən biri 7 oktyabrda İsrailə hücumu "strateji səhv" adlandırıb. Birbaşa İranın hücumuna gəldikdə, isə apreldə olduğu kimi, raket və dromlarla hücum edəcək. Bu dəfə miqyas əvvəlkindən daha böyük olacaq. Keçən dəfə 300 raket və drom atılıbsa, bu dəfə onun sayı daha çox olacaq. Nəticənin keçən dəfəkindən fərqli olacağını düşünmürəm. Yəni, keçən dəfə bildiyimiz kimi, raket və dromların 99%-i elə göydəcə zərərsizləşdirildi. Bu dəfə də həmin nəticə olacaq. Nəzərə alsaq ki, İsraili yenə də özünün təbii ənənəvi müttəfiqləri dəstəkləyəcək, xüsusilə də ABŞ nəzərdə tutulur. Vəziyyət gərginləşəndən sonra bir neçə gün öncə Amerika Birləşmiş Ştatları 12 gəmidən ibarət donanmasını bölgəyə göndərib".


Oqtay Qasımov əlavə edib ki, Türkiyənin mövqeyinə gəldikdə, isə hazırda Qəzzada baş verənlərə ən sərt reaksiya bildirən dövlətdir:

 


"İranla İsrail arasında baş verəcək qarşıdurmaya Türkiyənin qarışması mümkün deyil. Yəni, bu, Türkiyənin marağınada uyğun deyil. Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycan özünün müttəfiqlərinin arasında hansısa gərginliyin olması maraqlı deyil. O, cümlədən cənub qonşumuz olan İranda da, hansısa təlatümləri gərginliklərin olmasını istəmir. Çünki, belə bir gərginliyin olması, toqquşma bütün bölgə üçün böyük bir təhlükə və fəlakətlərə səbəb ola bilər".


Nigar Səmədli