Aston Martin Maks Verstappen ilə danışıqlara başlayıb!

Bölmə: İdman › ,
Tarix: 18:33 06.08.2024

Maks Verstappenin Red Bull-dakı gələcəyi sual altında olsa da, Aston Martin potensial iddiaçı kimi ortaya çıxdı.


Aston Martin-in Silverstounda yerləşən komandaya sensasiyalı keçidlə bağlı Maks Verstappen ilə danışıqlar apardığı və Adrian Newey üçün artıq razılıq əldə edildiyi bildirilir.

Newey-i Aston Martin-ə gətirəcək paketlə bağlı razılıq əldə olunub və Essex əsilli mühəndisin keçidi sentyabr ayında rəsmi olaraq elan ediləcək.

Bununla belə, Lourens Stroll Red Bull-dan Nyui almaqla kifayətlənmir. İddialara görə, kanadalı iş adamı da Verstappeni istəyir və artıq müqavilə danışıqları başlayıb.

Honda-nın 2026-cı ildə başlayan eksklüziv tərəfdaşlığı və həm Newey, həm də Dan Fallows layihədə iştirak etdiyi halda, Verstappenin niyə bu fürsətdən istifadə etmək həvəsinə düşdüyünü anlamaq asandır.

Verstappenin gələcəyi bu mövsüm davamlı müzakirə mövzusu olub. Üçqat dünya çempionunun Kristian Hornerlə bağlı vəziyyətdən və komandanın McLaren və Mercedes-lə müqayisədə təkmilləşməməsindən məyus olduğu bildirilir, Lakin Verstappen hələlik Red Bull sürücüsü olaraq qalır və bu yayın əvvəlində hollandiyalı israr edirdi ki, performansının aşağı düşməsi ona üç Sürücülər Çempionatı titulunu qazandıran komandadan ayrılmasına səbəb olmayacaq.

Mənbə: Motorsport
Məhəmməd Qasımov