Oskar Piastri bu il əldən verilmiş fürsətlərdən çox məyus olub

Bölmə: İdman › ,
Tarix: 19:05 06.08.2024

Formula 1-də ikinci mövsümünü keçirən Oskar Piastri performansını xeyli yaxşılaşdırmaqla diqqət çəkib. Qalan 14 yarışdan sonra avstraliyalı pilot Çempionatda Şarl Leklerdən 10 xal, komanda yoldaşı Norrisdən 32 xal geri qalaraq çempionatda 4-cü yerdədir.

McLaren komandası pilotlarının uğurları sayəsində çempionatda Ferrari-ni qabaqlayır və Red Bull Racing ilə fərq getdikcə azalır.

Piastri karyerasının ilk qələbəsini ötən ay Macarıstan Qran Prisində qazanaraq əldə edib və bu il dörd dəfə podiuma yüksəlib.

Çempionatın ilk hissəsini Speedcafe-yə dəyərləndirən Piastri, "Mən keçən ildən bəri təkmilləşdirmək istədiyim cəhətlər üzərində çalışaraq yaxşı irəliləyiş əldə etdiyimi düşünürəm" dedi.

“Düşünürəm ki, əvvəlki mövsümün sonunda özümdə müəyyən etdiyim problemləri həll etmək üçün yaxşı iş görmüşəm.

Deyə bilərəm ki, bütün sahələrdə irəliyə doğru mühüm addımlar atmağı bacarmışam. Əlbəttə görüləsi işlər var, lakin biz irəliləyiş əldə edirik. Mövsümün həm komanda, həm də mənim üçün yaxşı keçməsi vacibdir.

McLaren bizə qələbə üçün mübarizə apara biləcəyimiz avtomobil hədiyyə edir. MCL38 inanılmaz sürətli olduğu üçün biz qələbələr üçün yarışa bilərik və bu çox vacibdir".

Mənbə: Motorsport
Məhəmməd Qasımov